Ən populyar avtomobillərin yeni reytinqi açıqlanıb
14.11.2011

Almaniya Avtomobilçilər Klubu (ADAC) sürücülərin avtomobillərin müxtəlif növ markalarına sahib olmasından razı qalması reytinqini tərtib edib. Reytinq 47 min sürücünün iştirakı ilə keçirilən sorğu əsasında hazırlanıb.
Ən maraqlısı odur ki, almaniyalı alıcılar ən çox «Lexus» markasından razı qalıb. Bu markanın sahibləri avtomobilin həm nüfuzundan, həm keyfiyyətindən, həm də servis xidmətinin yüksək olmasından razı qalıb.
Reytinqdə ikinci yerdə «Subaru», üçüncü yerdə «Jaguar», dördüncü yerdə «Honda», beşinci yerdə isə «Porsche» qərarlaşıb.
Göründüyü kimi, Almaniya istehsalı olan avtomobilə siyahıda yalnız 4-cü yerdən sonra rast gəlmək mümkündür. Ümumiyyətlə, bu ölkədə istehsal olunan avtomobillər sırasına BMW (10-cu yer), «Audi» (15), «Mercedes-Benz» (19), «Volkswagen» (27) və «Opel» (31) daxildir.

Müxtəlif növ avtomobil markalarından sürücülərin razı qalması reytinqi


Marka

1.

Lexus

2.

Subaru

3.

Jaguar

4.

Honda

5.

Porsche

6.

Dacia

7.

Volvo

8.

Saab

9.

Mitsubishi

10.

BMW

11.

Toyota

12.

Skoda

13.

Lancia

14.

Alfa Romeo

15.

Audi

16.

Daihatsu

17.

Mazda

18.

Nissan

19.

Mercedes-Benz

20.

Citroen

21.

Seat

22.

Land Rover

23.

Hyundai

24.

Suzuki

25.

Peugeot

26.

Ford

27.

Vokswagen

28.

Kia

29.

Fiat

30.

Renault

31.

Opel

32.

Mini

33.

Smart

34.

Chrysler

35.

Chevrolet