“Sandi” qasırğası nəticəsində Kubada baş vermiş dağıntıların aradan qaldırılması məqsədilə Azərbaycan bu ölkəyə yardım göstərmişdir
20.2.2013

Azərbaycanın Kubadakı səfiri Aqşin Mehdiyev bu ölkənin Xarici Ticarət və Sərmayələr Nazirliyində görüş keçirmişdir.
Görüşün məqsədi Kubada “Sandi” qasırğasının vurduğu ziyanın və dağıntıların nəticələrinin aradan qaldırılması işində dost ölkəyə 49 min ABŞ dolları məbləğində maddi yardım göstərmək olmuşdur.
Görüşdə A.Mehdiyev iki ölkə arasında bir çox sahələrdə münasibətlərin müsbət inkişafını qeyd etmiş və Kubanın Azərbaycan üçün dost ölkə olduğunu vurğulamışdır.
Azərbaycan tərəfindən göstərilən maddi yardım Kuba tərəfindən məmnuniyyətlə qəbul edilmiş, yardıma görə minnətdarlıq ifadə olunmuşdur.
Fevralın 19-da məşhur yazıçı Ernest Hemingueyin Havana şəhərindəki muzeyini ziyarət edən səfir A.Mehdiyev yazıçının “Əcəl zəngi” əsərinin Azərbaycan dilinə tərcümə edilmiş 2 nüsxəsini, muzeyin kitabxanasına hədiyyə vermişdir. Hədiyyə muzey tərəfindən böyük məmnuniyyət və minnətdarlıqla qəbul edilmişdir.

AzərTAc