ABŞ-da dənizdə batanları xilas etmək üçün robot hazırlanmışdır
20.2.2013

ABŞ-da dənizdə batanları xilas etmək üçün robot hazırlanmışdır.
“Emili” adı verilən robot insanla müqayisədə 12 dəfə sürətlə üzür, dəniz sularında bir batareya ilə 120 kilometr hərəkət edə bilir.
Los-Anceles şəhərinin sahillərində aparılmış sınaqlardan uğurla keçən Emili 48 km/saat sürətlə üzür, uzaqdan idarə olunur.
Emili suda batmır və dənizdə çətin durumda olan insanların ondan tutmasından sonra həmin adamı sahilə doğru gətirir.
Robot 2010-cu ildə yolda sürətlə hərəkət edən maşının vurub öldürdüyü 13 yaşlı Emili Şeynin adını daşıyır.

AzərTAc