Fransada güllə atıcılığı üzrə beynəlxalq turnir keçirilmişdir.
Turnirdə Azərbaycan millisi pnevmatik tapançadan atəşaçma yarışlarında dörd medal qazanmışdır.
Atıcımız Ruslan Lunov bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Müxtəlif məsafələrə atəşaçma yarışlarında İradə Aşumova iki gümüş medal qazanmışdır.
Yeniyetmələrin yarışında isə Urfan Axundov bürünc medalla kifayətlənmişdir.
AzərTAc