Bakıda taksilərin sayının iki min ədədə qədər artırılmasına ehtiyac var. Bu barədə çərşənbə günü Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu məqsədlə paytaxt ərazisində yeni taksi parklarının tikintisi məsələsinə də baxılır.
Mərkəzin rəhbəri, həmçinin minik avtomobillərinin və taksilərin avtobus dayanacaqları yaxınlığında park etməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, məsələ Dövlət Yol Polisi ilə birgə, habelə müvafiq strukturlara müntəzəm müraciət olunmaqla həll olunur. Abdullayev məsələnin öz həllini qanunvericiliklə tapacağını bildirib.
trend.az