14 noyabr – Ümumdünya Diabet Günü
14.11.2011

14 noyabr - Diabetlə Beynəlxalq Mübarizə gününün qeyd olunmasında məqsəd diabetlə bağlı qlobal məlumatlılığın artırılması və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdan ibarətdir. Bu günün qeyd olunması kanadalı fizioloq Frederik Bantinqin doğum günü ilə əlaqədardır.
Belə ki, dostunun gənc yaşda dünyasını dəyişməsi ilə fizioloq Fredrik Bantinq elmi axtarışlara başlayır. Axtarışlar uğurla başa çatır. 1922-ci ildə gənc alim, dostunun ölümünə səbəb olan eyni xəstəliyə düçar olmuş 14 yaşlı oğlanı müalicə edir və onun kəşfi bütün dünyada yayılır. Söhbət şəkərli diabetə qarşı yaradılan insulindən gedir. Bundan sonra 1991-ci ildən etibarən Fredrik Bantinqin doğulduğu tarix təqvimə Şəkərli Diabetlə Beynəlxalq Mübarizə Günü kimi salınıb.
Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, son illər ərzində Azərbaycan Respublikasında şəkərli diabetlə xəstə olan insanlar üçün, xüsusilə uşaqlar üçün mühüm işlər görülüb və bu proses davam etməkdədir.