Suli: “Çox gözlədim” - Video
21.2.2013

Gürcüstanlı müğənni Suli Azərbaycan dilində oxuduğu mahnıya klip çəkdirib.

Sözləri Azər Şirinə, musiqisi Givi Usenaşviliyə aid olan “Çox gözlədim” adlı mahnıya çəkilən klipə təqdimat keçirilib.

Layihənin rəhbəri prodüser və bəstəkar Asif Kərimov, operatoru Tanrıverdi Tanrıverdiyev, rejissoru isə müğənni özüdür.

Mətbuat konfransında Asif Kərimov klipi bir günə çəkdiklərini söyləyib.

“Çəkilişlərə səhər başladıq, axşam isə yekunlaşdırdıq. Layihə özü çox çətin idi. Klipdə qəhrəman 3 fərqli obrazda olmalı idi. Bəzi çətinlikləri nəzərə almasaq, işimizi başa vura bildik. Məsələn, çəkilişlər zamanı biz olan məkanda işıqlar söndü, qaranlıqda qaldıq. Hətta iş o yerə çatdı ki, çəkilişləri növbəti günə ertələmək istədik. Amma sonra işıqlar yandı.

Suli isə rejissor kimi ilk işindən razı qalıb.

“Bu, mənim üçün həm debüt, həm də ekspriment oldu. Bütün yaradıcı heyətə minnətdaram. Yeni klipim Gürcüstanın telekanallarında da nümayiş olunacaq. ”

Qeyd edək ki, Suli klipdə üç obrazdadır: aqressiv qız, xanım, qeyri-adi görünüşdə. Onun bir-birindən fərqli obrazları üzərində isə stilist-vizajist Səbinə İmanova işləyib.

Klipdə həmçinin model Fərid Əskərov və “Jam SS” rəqs qrupu da çəkilib

KLİP

Gun.az