"Google" yeni Eynəyi səsli əmr sistemi ilə işləyir - VİDEO
21.2.2013

"Google" yeni möcüzəsini tanıdıb. Bu video "Google Glass"ın indiyə qədər olan ən detallı tanıtım video çarxıdır. Videoda yeni möcüzə eynəklə nələrin edilə biləcəyi göstərilib.

Eynək səsli əmr sistemi ilə işləyir. "Take a picture" (foto çək) ya da "record a video" (video çək) əmri veriləndə eyni anda anın həm görüntüsünü, həm də video çəkilişini apara bilir. "Google Glass" eyni zamanda naviqasiya xidməti də göstərir. Belə ki, ünvan müəyyən edildikdən sonra görüş ekranının sağ tərəfində o əks edilr.

Möcüzə yenilyin bu ilin sonunda satışa çıxarılması planlaşdırlır. Qiymətin isə 1500 dollar olacağı gözlənilir. Həm Wi-Fi, həm də "bluetooth" ilə işləyən "Google Glass"ın android işləmə sistemindən istifadə edəcəyi bildirilir.

VİDEO


ANS PRESS