ABŞ-ın sabiq prezidenti Con Kennedinin xüsusi hazırlanmış gödəkcəsi hərracda 665 min dollara satılmışdır.
İlkin qiyməti 20-40 min dollar arasında müəyyənləşdirilən gödəkçənin alınması üçün hərrac 6 saatdan çox davam etmişdir.
Bu hərracda ABŞ-ın sabiq prezidentinə aid müxtəlif əşyalarla bağlı təxminən 700 lotto təqdim edilmişdir.
Hərracı Con Kennedinin xüsusi köməkçisi Devid Pauersin ailəsi təşkil etmişdir.
AzərTac