Müstəqil dövlətin özünün müstəqil informasiyasını həyata keçirən infrastruktur, texnologiyalar, informasiya təhlükəsizliyini təmin edən qurğular olmalıdır. Eləcə də, Yerdə təbii fəlakətlər, fövqəladə hallar baş verərsə, yerüstü rabitəyə hansısa ziyan dəyərsə bu zaman peykdən istifadə etmək olar.
Bu sözləri AMEA-nın informasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev demişdir.
R. Əliquliyev bildirmişdir ki, cəmiyyətdə insanları biri-biri ilə bağlayan tellər kommunikasiya xətləridir, mobil telefonlardır, radio və televiziya kanallarıdır, internet, KİV-lərdir. Bunların hamısının əsasında isə informasiya-kommunikasiya texnologiyaları dayanır. Ona görə də yüksək keyfiyyətlərə malik olan alternativ, etibarlı, dayanıqlı, təhlükəsizlik kanallarının olması cəmiyyətin inkişafına böyük təsir göstərəcəkdir. Elə bir vətəndaş olmayacaq ki, bu peykin bəhrəsini görməsin. Söhbət ondan gedir ki, bütün insanların informasiya alması üçün geniş imkanlar olacaqdır.
AzərTac