Bir il əvvəl Sinqapurda fəaliyyətə başlayan "Marina Bay Sands" hoteli sözün əsl mənasında bir memarlıq, texnoloji və dizayn möcüzəsidir.
Bu hotelə baxarkən, belə möhtəşəm bir tikilinin insan əli ilə tikildiyinə inanmırsan. Üç nəhəng qüllə və bu qəllələr üzərində böyük bir gəmini xatırladan meydança. Meydança 12,4 min kv.metrdir. Hovuzlar, yaşıl bağlar sözün əsl mənasında fəzada bir ekzotika təsiri bağışlayır. 55 mərtəbə hündürlüyündə olan hotelin 2500 nömrəsi var. Bu əsərin tikintisi 5,7 milyard dollara başa gəlib.
Dubaydakı "Burj Al Arab" hotelində adi nömrə yoxdur. Hotel 202 ikimərtəbəli nömrələrə bölünüb. 321 metr hündürlüyündə olan hotel dənizin ortasında tikilib. Dənizin ortasında yaradılmış süni ada üzərində tikilmiş bu cözqamaşdıran binada gecələmək 1000 dollarla 15 000 dollar arasında dəyişir.
Özünüzü amfibiya adam kimi hiss etmək istəyirsinizsə sualtı "Jül Vern" otelində qala bilərsiniz. ABŞ-ın Florida ştatındakı Key Largo parkında, 6,5 metr dərinlikdə tikilmiş bu hotel sizə sanki "dənizlər səltanətində yaşayırsınız" təəssüratı bağışlayacaq.
İsveçdəki Maleran gölündəki üzən hotel. İlk görünüşdən qeyri-adi heç nə olmasa da Utter İnn kiçik göyərtədə günəşlənmək və balıq tutmaq bu hoteldəki yeganə əyləncələrdir.
"WhitePod Alpine Ski Resort" adlı bu dağ hoteli İsveçrədə dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşir. Hotel 15 ədəd iynəyəbənzər orijinal evcikdən ibarətdir.
Özünüzü Tarzan kimi hiss etmək istəyirsinizsə, Türkiyənin Antalya şəhəri yaxınlığındakı Olimpus kurort şəhərciyindəki "Kadirs Tree House Hotel"də qala bilərsiniz. Buradakı taxta evlər bir biri ilə kəndir nərdivanlarla birləşdirilib. İkiyerlik otaq 35-30 dollardır. Hələ bu qiymətə səhər yeməyi və nahar da daxildir.
Almaniya avtomobil sənayesinin satəş mərkəzi kimi tanınan Ştutqart şəhəri öz qonaqlarına qeyri-adi bir hotel təqdim edir. Hotelin cəmi 34 nömrəsi var. Burada hər şey avtomobili xatırladır. Nömrələr belə avtomobil salonuna bənzəyir.
Avropanın ən qeyri-adi hoteli Berlindəki Propeller İsland sayılır. Bu hotel alman rəssamı və musiqiçisi Larsa Stroşenanın vəhşi təxəyyülünün məhsuludur. Bu hoteldə otaqların tavanı və divarları sınıq həndəsi fiqurları xatırladır. Bundan başqa divar, tavan, hər yan sınıq və fərqli ölçüdə olan güzgülərlə doludur. Hoteldə cəmi 30 belə nömrə var.
publika.az