Mükəmməl saçlar üçün zeytun maskası
21.2.2013

Xarab olmuş saçlara xüsusi qulluq lazımdır. Bu maskanı evdə tez və rahat hazırlaya bilərsiniz.
Xüsusən təbii yağların vitamin deposu olduğunu nəzərdən qaçırmayın. Qurumuş və xarab olmuş saçları zeytun yağı ilə nəmləndirin.

Bu maskadan həftədə iki dəfə istifadə kifayət edəcək. Əgər boyadan, fenden və havadan qurumuş saçlarınız varsa, bu maska itirmiş olduğunuz saç nəmini geri qaytaracaq. Maska üçün salafan, zeytun yağı və fırça lazımdır. Maskanı tətbiq etmək üçün əllərinizdən də istifadə də bilərsiniz.

Əvvəlcə saçlarınızı yaxşıca darayın sonra da zeytun yağını saç diblərinə və uclarına çəkin. Salafan ilə bağınızın hər tərəfini sarıyın. Təxminən 45 dəqiqə sonra saçlarınızı yuyun. Bu maska saçlara nəm qazandırmaqla yanaşı, parlaq edir.

Publika.Az