Bakıda olan tıxacların səbəbi açıqlandı
21.2.2013

Bakı şəhərinin yollarında yaranan tıxacların əsas səbəbləri açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qurum 1 illik fəaliyyət əsasında bu istiqamətdə araşdırma aparıb.

Əsas səbəblər:

- Qanunsuz parklanma
- Bir çox binaların parklama meydançalarının olmaması və yaxud az tutumlu olması səbəbindən nəqliyyat vasitələrinin yolun kənarında və avtobus üçün nəzərdə tutulan ciblərdə parklanması
- Son illərdə avtomobil sayının kəskin artması
- Taksilərin və digər maşınların dayanacaqlara yaxın yerdə saxlamaları
- Təmir-tikinti işlərinin aparılması
- Şəhər infrastrukturunda olan problemlər
- Piyadaların onlar üçün nəzərdə tutulmamış yerlərdən keçmələri
- Sürücülər tərəfindən yol qaydalarına riayət edilməməsi və sürücü mədəniyyətinin aşağı səviyyədə olması.

Milli.Az