Çilinin Kinon şəhərinin sakinləri ənənəvi pomidor döyüşü təşkil edib. Onlar festivalda 70 ton pomidor məhsulunu bir-birinə atıb.
Bir anda ətrafı və özlərini qırmızı rəngə boyayan festival iştirakçıları ehtiyatı da əldən verməyiblər. Onlar pomidor döyüşünün fəsadlarından qorunmaq üçün xüsusi maskalardan da istifadə ediblər. Döyüş maraqlı görüntülərlə yadda qalıb.
Big.az