Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə az yağıntılı olacaq
14.11.2011

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında noyabrın 15-də hava buludlu, yarımadanın bəzi yerlərində az yağıntılı olacaq, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 2-4 dərəcə, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta təşkil edəcək.