2013-cü ilə damğasını vuran rəng hansıdır?
Zümrüd rəngi 2013-cü ildə ev dekorasiyasında əsas yeri tutacaq. Qeyd edək ki, bunu dünyanın nüfuzlu rəng şirkətləri müəyyən edib.
Bu rəng insana qəribə sakitlik və huzur bəxş edir. Zümrüd rəngi mövcud olduğu məkana pozitiflik bəxş edir.
Zümrüd rəngli pərdə, aksessuarlar, yastıqlar və.s kimi əşyalar alaraq evinizi yeni ilin dəbinə uyğunlaşdıra bilərsiniz.
Mətbəxdə isə zümrüd rəngli və yaşıl rəngin müxtəlif tonlarında olan qablar və çaydanlar istifadə edə bilərsiniz.
Publika.Az