Nobel mükafatçısı: “Ailəmizin ən axmağı mən olmuşam”
22.2.2013

Türkiyəli Nobel laureatı, yazıçı Orxan Pamuk mənsub olduğu ailənin “idiot”u olduğunu etiraf edib.
O.Pamuk bu barədə İtaliyanın “La Reppublica” qəzetinə müsahibəsində deyib.

Yazıçı özünün ailədə ikinci övlad olduğunu bildirməsindən sonra müsahibəni götürən jurnalist Piergiorgio Odifreddinin “Lap Sartrın “Ailənin idiotu” kimimi olmusunuz?” sualını belə cavablandırıb:

“Bəli, hətta bundan da artıq. Mən ailənin ikinci övladlarının tipik nümunəsiyəm. Ailədə ilk övladın təhsilinə və digər fəaliyyətinə daha çox diqqət yetirilir. İkinci övlad olmağın həm üstünlüyü, həm də diskomfortu var”.

gün.az