Yeni Aston Martin - Video
22.2.2013

Britaniya avtoistehsalçısı Aston Martin öz YouTube kanalına yeni 310 Vanquish modelini təqdim edən videoçarx yükləyib. Dizaynerlər sportkara fantastik formalar veriblər və onu “incəsənətin, texnolojinin, professionalizmin və təmiz adrenalinin ustalıqla bir araya gətirildiyi” avtomobil kimi təsvir ediblər. Təqdim edilən videoçarx karbondan hazırlanmış korpusun unikal konstruksiyasını, şassi və on iki silindrli V-şəkilli məhsuldar mühərriki xüsusi vurğulayır.

Videoçarxda interyerin tərtibatının da bəzi təfərrüatlarını görmək mümkündür. Mühərrikə gəldikdə isə 6,0 litrlik atmosfer güc aqreqatı 573 a.g. və 620 Nm fırlanma anı hasil edə bilər. Altı pilləli Touchtronic 2 ötürücü qutu ilə birgə mühərrik 4,1 saniyə ərzində avtomobili yerindən ilk 100 km/saat sürətlənməsini təmin edir.

Aston Martin 310 Vanquish Special Edition qiyməti hələlik elan edilməsə də təkcə Britaniyada degil, digər Avropa
ölkələrində də artıq satışdadır.

Video

Big.az