Niue dünyanın ilk “Wi-Fi-ölkəsi” olub. Bu dövlət Yeni Zelandiyanın yaxınlığındakı eyni adlı adada yerləşir.
“Mirfactov.com” saytı bildirir ki, ölkənin istənilən nöqtəsində “Wi-Fi”-ya qoşulmaq mümkündür və bunun üçün provayderdə qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Şəbəkəyə çıxış pulsuzdur. Həmçinin Niue dövləti yaxınlığında öz yaxtalarında üzən turistlər belə internetə pulsuz çıxış imkanı əldə edəcək.
Bütün bunlar amerikalı iş adamı Uilyam Semiçin sayəsində mümkün olub. O, ölkənin bütün ərazisini internetlə təmin edib. Semiç əvəzində Niuenin dövlət domenini (.nu), həmçinin onun idarəsini və ad satışı hüququnu götürüb. Onun illik gəliri 4 milyon dollar təşkil edir.
Big.az