Apple şirkətinin iPhone 5 smartfon modeli 2012-ci ilin dördüncü rübünün yekunları üzrə dünyada ən çox satılan smartfonu olub.
Bu barədə www.rg.ru saytı Strategy Analytics analitik şirkətinin apardığı tədqiqatın nəticələrinə istinadən məlumat verir.
Böyük sensor ekran, geniş yayılma coğrafiyası və yüksək operator subsidiyaları qurğuya əsas rəqibi Samsung Galaxy S III modelini üstələməyə imkan verib, ekspertlər qeyd edirlər.
Onların hesablamalarına əsasən, dördüncü rübdə dünya üzrə iPhone 5-in satış həcmi 27,4 milyon ədəd təşkil edərək smartfona bazar payını 13 faizədək artırmağa imkan verib. Əvvəlki nəsil iPhone 4S modelinin tədarük həcmi 17,4 milyon qurğu olub, bazar payı isə 8 faizə çatıb. Öz növbəsində ekspertlər dünyada satılan Samsung Galaxy S III modelinin sayını 15,4 milyon ədəd, bazar payını 7 faiz qiymətləndiriblər.
Qeyd edək ki, iPhone 5 və iPhone 4S modellərinin satış həcmi 2012-ci ilin dördüncü rübündə satılan bütün smartonların 25 faizini təşkil edib.
Big.az