Qoç - Amalteya və Qanimedin münasibətləri sizdə peşmanlıq, narahatlıq və qayğı hissləri yarada bilər.
Məhz bu səbəbdən öz mənafelərinizi unudaraq başqalarının maraqları çərçivəsində fəaliyyət göstərə bilərsiniz. Həddən ziyadə emosionallıq, yaşamınıza müdaxilə edən nəsnələrə görə nigaranlıq yaradacaq, ehtiyat və məntiq hisslərinizi unuda bilərsiniz.
Bununla belə, mühüm məqamları ayırd etmək və qeyri-müəyyənlik yükünü azaltmaq imkanları yaranır.
Asılılıq hissindən qurtulmağa ehtiyac hiss ola bilər. Maraqlardan birini başqası ilə dəyişmək və ətraf aləmlə qarşılıqlı münasibətləri dərinləşdirmək zamanıdır.
Seçim edərkən üstünlüklərlə zəif məqamları dəqiq hesablamağa, qiymətləndirməyə çalışın.
Buğa - Himaliya və Avropanın qarşılıqlı münasibətləri əvvəl başladığınız işi indi başa çatdırmağı tələb edir.
Bununla belə, qəti və sərt addımlar atmağa çalışmayın.
Günün izafi, əlavə gərginlik olmadan keçməsinə, sizə nigaranlıqdan daha çox, razılıq hissi verməsinə çalışın. Yaxın ətrafınızdakı insanların arasında olmaq, onlarla mühüm məsələləri müzakirə etmək, yardımçılar aramaq vaxtıdır.
Yaxın bildiyiniz insanlardan birinə dəstək olun.
Qeyri-rasional addımlar atmağınız istisna deyil. Amma belə qərar olarsa, hadisələrin gedişatını dəyişməyin. Nüfuzunuzu qoruyun. Kənardan gələn ideya və təkliflərə diqqətlə yanaşın.
Ola bilər ki, geniş fəaliyyət göstərə biləcəyiniz yeni imkanlar yarana bilər.
Əkizlər - İo və Kallistonun münasibətləri sizdən baş verənlərə reaksiya göstərməyi tələb edir. İlkin təəsürat yalan olacaq, hadisələr ləng və əvvəlcədən ehtimalı çətin məcrada inkişaf edəcək.
Ətrafınızda yetərincə intriqa var. Münasibətlərdə qəfil dəyişkənliklər istisna deyil.
Danışıqlar, vədlər, sövdələşmələr pozula, sizə verilən söz unudula bilər.
Başqasının oyununa düşməyin, kiminsə məkrli oyunlarının və tamahının qurbanı olmayın.
Ev işlərinə, yaxınlarla münasibətlərə daha çox diqqət ayırın. Evdə, işdə yeniliklər üçün əlverişli zamandır.
Axşam saatlarında qapınızı qonaqlar döyə bilər.
Xərçəng - Leda və Pasifenin münasibətləri sizə baş verənləri dərhal anlamağa yardım edəcək. Bəzi adamlar fikrinizi yayındırmağa, diqqətinizi önəmli işdən xırda məsələyə yönəltməyə çalışacaqlar.
Fəqət məhz siz bu gün yeniliklərlə dəyişikliklərin xeyrini başqalarından tez görərək prosesdə öz şansınızdan yararlanacaqsınız.
Yaxın günlərdə daha aktiv çalışmağınız gərəkdir. Hələlik gərgin olmayın, vaxtı maraqlı və gərəkli insanlarla mükalimələrə, ağıllı insanlarla müzakirələrə sərf edin.
Sizə lazım olan nəsnənin özü sizə gələcək.
Maraqlandığınız nəsnə olmasa, hədəfi dəyişin.
Şir - Tefeya və Titanın münasibətləri maliyyə məsələləri ilə işgüzar məqamlara diqqətli yanaşmağınızı istəyir. Aktivliyin azalması, uğur imkanları və şanslarının azalması müşahidə oluna bilər.
Yeni layihələrlə bağlı işlərdə tələsməyin. Həmin layihələrlə bağlı işləri aramla, təmkinlə görün. İşdəki münasibətlərə və duruma nəzarət edin.
Bu gün əksər məsələlər məhz münasibətlər müstəvisində həllini tapacaq.
Sizə qarşı intriqa hazırlayırlar. Rəqiblərin yaramaz mübarizə metoduna hazır olun.
Alış-verişdə bahalı heç nə almayın. Kredit alınması və pul köçürmələrini başqa günə təxirə salın.
Səhhətinizə fikir verin.
Qız - Deymos və Fobosun münasibətləri yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə laübələr yarada bilər. Eyni zamanda, münasibətlərdə yeni məzmun, incə reallıq aşkarlanacaq.
Hansısa məqam sizi narahat edir, qayğılandırırsa və bu mövzunu inkişaf etdirməklə bağlı qətiyyət duymursunuzsa, iddialarınızı unudun.
Çox yəqin ki, mütləq şəkildə başqa sahədə hansısa irəliləyişlər baş verəcək.
Plan və gözləntilərinizdən asılı olmayan zahiri siqnallar hansı yeniliyə diqqət yetirməli olduğunuzu göstərəcək.
Ən müxtəlif intensivlikdə, fərqli hadisələr baş verə bilər.
Şəxsi münasibətlərdə qəlbinizin hökmü ilə hərəkət edin.
Tərəzi - Yupiter və Marsın münasibətləri sizdən gərginliklə görüləcək işlərin həcminin azaldılmasını tələb edir.
İşlər öz axarında olacaq. Sadəcə, problemli məkanlarda və anlarda səhvə yolverməyin.
Yardım istəsələr, xahişi yerə salmayın.
Əgər kiməsə kömək edərək onun işini paylaşmaq istəsəniz, bu istəyinizi boğmayın.
Xəbər və məlumat axtarışı, intellektual fəaliyyət yaxşı nəticə verə bilər.
Səhhət üçün problemli gündür. Özünüzü çox yormayın, qan təzyiqinizə fikir verin.
Axşam saatlarını evdə keçirin.
Əqrəb - Uran və Saturnun münasibətləri emosional məqamları yerbəyer edəcək. Hisslərinizə hakim olun, davranış və əməllərinizi qismən də olsa, təhlil edin.
Bir müddət tək çalışın. Sizi sözsüz anlaya biləcək insanla birlikdə olmağınız əsəbləri sakitləşdirərdi.
Yuxunuz qismən çin ola bilər.
Arzu və ya istəklərinizlə xəyalların gerçəkləşmə gözləntilərini qarışdırmayın. Təbii, həyat davam edir. Amma bəzən aktivliyinizi artıq inkişaf edən mövzularda tarazlığın qorunmasına, işin və bacarıqların təkmilləşdirilməsinə, təmayülləri hiss etməyə sərf edin.
Artan hissiyyat şəraitində çözüm və həlləri arayın.
Oxatan - Serera və Neptunun münasibətləri hadisələrin ləng tempdə inkişafını şərtləndirir. Bu gün baş verənlərdə xaos, dağınıqlıq, qaydasızlıq var.
Cari məsələlərin həllində yeganə doğru yolu intuisiyanın köməyi ilə tapmaq olar. Emosiyaların sizi idarə etməsinə imkan verməyin.
Evdəki əşyalar və avadanlığın durumuna diqqət yetirin.
Hadisələrin zahiri görüntüsünün arxasında qapalı süjetlər, sirlə dolu olaylar, ifşalar və etiraflar var. Sayıq olun - emosional səhnələr və ilk baxışdan izafi aşkarlıq əslində əsas məsələni ortaya çıxarmır.
Yalanla qarşılaşacaqsınız. Ehtiyatsızlıq ucbatından gözlənilməz hadisə, sürpriz olarsa, imrovizə edin.
Oğlaq - Haumea və Plutonun münasibətləri sizdən sayıq davranmağı tələb edir. Yeni problemlər yaratmağa çalışmayın. Etiraflar, açıq söhbətlər günü deyil.
İndi sinirlisiniz, istəmədiyiniz sözlər və hərəkətlər ola bilər.
Gerçəkləşməyən gözləntilərə görə pərişanlığın yaranmaması üçün yeni maraq mənbəyi tapın. Belə olarsa, indi sizi nigaran qoyan məqamı bir neçə gün sonra unudacaqsınız. Məlumat və xəbər axtarışına xüsusi diqqət yetirin. Əgər sizi qəflətən hansısa mövzu narahat etməyə başlayırsa, aktiv olun.
Dolça - Erida və Makemakenin münasibətləri nisbətən sakit gün vəd edir. İşdə yeni tapşırıqları, layihə və niyyətləri reallaşdırmağa tələsməyin. İşgüzar perspektivlər indi şəxsi həyatla sıx bağlıdır. Bütün məsələlər şəxsi münasibətlər səviyyəsində həll olunur.
Sizə yaxın olan insanlarla münasibətlərdə ifrat dərəcə soyuqqanlı, laqeyd olmayın. Tələsməyin, qarşılıqlı diqqət və sayğını dəyərləndirin.
Səhhətinizdə kiçik problemlər yarana bilər.
Minimum da olsa, fiziki təmrinləri xatırlayın. Piyada gəzin. İmkan olarsa, vitaminli rasionu seçin.
Balıqlar - Haron və Tritonun münasibətləri tənqid və nəzarət hisslərini zəiflədir, başqalarını tənə etmək istəyini isə artırır. Ehtiyatlı olun, hisslər və emosiyaların burulğanına düşərək düşünülməmiş, motivasiyası olmayan hərəkətlər etməyin.
Şəxsi həyatınızda nəyisə köklü şəkildə dəyişə biləcək qərarlar qəbul etməyin.
Amma fantaziyalarla yanaşı, niyyətin olmadığı görüş və söhbətlərin dərin mənası ola bilər.
Yaşananlar hissiyyat və intuisiya ilə də bağlı ola bilər.
Mühüm olayı nəzərdən qaçırmamaq üçün müşahidə qabiliyyətinizi gücləndirin.
Narahat olmayın, çünki hisslərin konsentrasiya olunduğu belə dövrlər faydalıdır. Onlar yeniliklər və dəyişikliklərə zəmin hazırlayırlar.
Milli.Az