İsveçrənin dağlarında uzun müddət idi ki, cəmi bir ayı yaşayırmış. Ona hətta M13 identifikasiya nömrəsi də verilmişdir.
Həmin nömrə onun adını əvəzləyirdi. Bu yaxınlarda ölkə hökuməti həmin ayını ətrafdakı insanlar üçün təhlükəli hesab etmiş və barəsində ölüm hökmü çıxarmışdır.
Yerli mətbuatın yazdığına görə, M13 adlı ayı son vaxtlar yaşayış məntəqələrinin yaxınlığında tez-tez görünürmüş. Hətta ötən payız fəslində o evlərdən birinə girərək oradakı bütün yeməkləri yemişdir.
Əvvəlcə hakimiyyət orqanları müxtəlif üsullarla ayını qorxutmağa çalışmışlar, lakin heyvan heç bir diskomfort hiss etmədən yaşayış məntəqələrinin yaxınlığında gəzirmiş. Son illər ərzində ayı İtaliya, Avstriya və İsveçrənin meşələrində fırlanırmış. Amma o, ən çox İsveçrənin Qraubyunden kəndi yaxınlığında görünürmüş.
İsveçrədə ayıların güllələnməsi faktı 1904-cü ildə baş vermişdir. 2006-cı ildə ölkədə qəbul olunan qanuna əsasən, insan həyatı üçün təhlükə yaradan hər bir vəhşi heyvanın xüsusi icazə olmadan güllələnməsinə icazə verilmişdir.
AzərTac