Azərbaycanda ilk dəfə "Kitabsız kitabxana" yaradılır
25.2.2013

Azərbaycanda ilk dəfə “Kitabsız kitabxana” yaradılır. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, layihə “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində həyata keçirilir.

“Kitabsız kitabxana” innovativ layihədir. Burada kitab olmayacaq. Oxucular kompyuter, planşet, monitor və digər elektron vasitələrdən istifadə edərək elektron kitabları rahat şəkildə oxuyacaqlar. Beləliklə, İKT-nin son yeniliklərindən istifadə etməklə çağdaş və komfortlu bir kitabxana yaradılacaq. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilir ki, oxucular burada bütün kataloqlardan təmənnasız istifadə edə biləcəklər. Kitabxanada məktəb yaşlı və bağça uşaqları üçün də tələblər nəzərə alınacaq. “Uşaqlar üçün “Canlı kitab” guşəsi yaradılacaq. Qeyd edək ki, “Kitabsız kitabxana”nın Nizami rayonunda açılması nəzərdə tutulur. Bunun üçün artıq müvafiq yer ayrılıb.

Kitabxananın pulsuz xidmətlərindən eyni vaxtda 50 oxucu istifadə edə biləcək.

Big.az