Azərbaycan və Bolqarıstan prezidentlərinin ali ordenlərlə təltif olunması mərasimi keçirilib
15.11.2011

Azərbaycanla Bolqarıstan hökumətləri arasında sənədlərin imzalanması mərasimində sonra Azərbaycan prezidenti İlham Əliyevə Bolqarıstanın ali dövlət mükafatı - “Stara Planina” ordeni təqdim olunub. Azərbaycan prezidenti isə Bolqarıstan prezidenti Georgi Pırvanovu “Heydər Əliyev” ordeni ilə təltif edib.