Daha sağlam və gənc bir görünüşə qovuşmaq üçün təbii qidalardan fayda görə bilərsiniz.
Gözəlliyin sirri hesab olunan bu qidalara spanaq, kivi, kətan toxumu, yumurta, tərə, balqabaq, alma, lobya da aiddir.
Hər gün bir alma yeməyin dümağ dişlər üçün faydalı olduğu, balqabağın sızanaqlara qarşı təsir göstərdiyi, spanağın gözlərinizin ışıldamasına kömək etdiyi, kətan toxumunun quru dəri problemlərinin həll etdiyi, kivinin dərinizin cavan və təravətli qalmasına, təzə lobyanın isə saçlarınızın dolğun və həcimli olmasına kömək etdiyi bildirilir. Məlumatda yumurtanın dırnaqların uzanmasına təsiri olduğu da əks olunub.