Azərbaycan paytaxtında “Xocalı” abidəsini ziyarət davam edir
26.2.2013

Bu gün səhər saatlarından başlayaraq Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Xocalı» abidəsi ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunur.

Abidəni ilk olaraq prezident İlham Əliyev, Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları ziyarət ediblər.

Daha sonra çoxsaylı ziyarətçilər əllərində «Şəhidlər ölməz, vətən bölünməz», «Xocalını unutmayaq», «Xocalının qisası sabaha qalmasın» və s. kimi şüarlarla Xocalı prospekti boyunca yürüş edib və abidəni ziyarət ediblər.

Abidəni ziyarət edənlər arasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, diplomatik korpusun nümayəndələri də olub.

APA