Çinin cənub-şərqindəki Fuszyan vilayətindəki Lonyan şəhərində yaşayan Luo Yuanşi dağlarda qəribə daş tapmışdır. O, kəhrəba rəngli daşı evə gətirəndə hələ bu daşın ecazkar xüsusiyyətlərə malik olduğunu bilmirdi.
Luo daş parçasının qəribə, hətta fantastik “bacarığı”nı təsadüfən aşkarlamışdır. Daşın deşiyinə yandırılmış siqaret qoyulandan cəmi 5 dəqiqə sonra kəhrəba qaya parçası o siqareti tamamən sümürür.
Siqaretin növündən asılı olaraq daşın onu çəkib qurtarma vaxtı 6 dəqiqəyədək davam edə bilər. Amma istənilən halda daş parçası adam kimi siqaret çəkir.
Hazırda 2,2 kiloqram ağırlığı olan bu daş Çin Milli Elmlər Akademiyasının alimləri tərəfindən tədqiq olunur.
AzərTac