Samsung şirkəti fevralın 24-də 8 düymlü Galaxy Note 8.0 planşet kompüterini rəsmən təqdim edib.
Qurğu fevralın 25-də Barselonada keçiriləcək Mobile World Congress sərgisində nümayiş olunacaq.
Planşet 1,6 giqahers takt tezlikli dördnüvəli Cortex-A9 prosessor, 2 giqabaytlıq operativ yaddaş və 16-32 giqabaytlıq daxili yaddaş (həmçinin microSD kartı üçün slot da nəzərdə tutulub) ilə təchiz edilib, ekranın təsvir ölçüsü isə 1280x800 meqapiksel təşkil edir. Galaxy Note 8.0-in çəkisi 338 qram olmaqla Android 4.1.2 əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Planşetdə daxiletmə qurğusu qismində digər Note modellərində olduğu kimi, S Pen stilusundan (elektron qələm) istifadə etmək olar. Bununla yanaşı, Galaxy Note 8.0-in stilusunun funksiyaları əvvəlki qurğularla müqayisədə genişləndirilib. Belə ki, S Pen-in köməyi ilə əlavələri açmadan (mausun kursorunu hərəkətə gətirən kimi) tab-vərəqələrə baxmaq və standart təsvirlərin (clip art) adını yazmaqla onları yerləşdirmək mümkündür.
Planşetin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, ondan həm telefon, həm də Galaxy Tab 7.7 planşeti kimi istifadə etmək olar.
Galaxy Note 8.0-in 2013-cü ilin aprel-iyun aylarında satışa çıxarılacağı gözlənilir. Yeni qurğunun qiyməti barədə hələlik məlumat verilmir.
Big.az