Qoç - Titaniya və Tefeyanın münasibətləri hadisələrin müntəzəm inkişafında sədlər yarada bilər. Yeni nəyəsə başlamağın məntiqi əsasları yoxdur. İşdə və evdə rutin əməllərlə məşğul olun, fəaliyyət və yaşam məkanınızı rahat edin.
Bu gün sizi müxtəlif yönlərə "dartan" təmayülləri təhlil edərək doğru istiqaməti seçin.
Axşam saatlarında istirahət, orqanizm üçün qulluğa vaxt ayırın.
Buğa - Ariel və Tritonun münasibətləri istənilən informasiya və ya məlumatı emosional qəbul etməyinizə səbəb olacaq. Probleminizi inandığınız, yaxın ətrafınızda olan insanla bölüşün. Dərdi ürəyinizdə saxlamayın. Sizi zəif edəcək sirləri faş etməkdən çəkinməyin.
Bu gün mühüm səfər, gəzinti, toplantı, işgüzar danışıqları planlaşdırmayın.
Axşam əyləncə səciyyəli tədbirə qatılmaq olar.
Diş həkiminə ehtiyac duya bilərsiniz.
Əkizlər - Miranda və Umbrielin münasibətləri ötənləri yada salacaq.
Mühüm toplantı, iş, layihə və ya görüşü sabahkı günədək təxirə salın. İşlərinizdə vurnuxma, qarışıqlıq yarana bilər. Əldən çıxan imkanlara görə təəssüflənməyin. Bir qədər istirahət edin.
Aktivliyinizi ən sadə, amma gərəkli işlərlə məhdudlaşdırın.
Axşam saatlarında gəzinti, səhhətin gücləndirilməsinə yönəlmiş profilaktiki tədbirlərdə fayda var.
Alış-verişdə ucuz, kiçik əşyanın alınması əhvalınızı yaxşılaşdıra bilər.
Xərçəng - Ay və İonun münasibətləri planların reallaşmasında bir qədər yubanma yarada bilər. Situasiyaya uyğun hərəkət edin. Əgər planlaşdırdığınız işlə məşğul olmaq məcburiyyəti yaranırsa, deməli, belə də olmalıdır.
Hadisələrə və nişanələrə fikir verin. Bu gün başlayacaq hansısa hadisə ay ərzində inkişaf edə bilər. Hətta qeyri-məyyənlik şəraitində belə, müdrik davranmağa çalışın.
Xarici görkəminizə fikir verin.
Axşam saatlarında romantikanı unutmayın.
Şir - Tefeya və Oberonun münasibətləri bu gün işə maksimum dərəcədə ciddi yanaşmağı tələb edir. Təhlükəsiz ortama, kənar müdaxilədən qorunmağa ehtiyac duyacaqsınız.
Ailə üzvlərinin problemlərindən hali olun, onların istəklərini yerinə yetirin. Yeni xəbər, dəyişikliklər fəal davranış tələb edir.
Səs-küylü tədbirlərə qatılmayın. Kəskin ehtiyac duyulan məkanda və ya münasibətlərdə təmizlik əməliyyatı aparın.
Köhnə əlaqələr, əşyalar və etibarı doğrultmamış insanlardan uzaq olun.
Qız - Serera və Makemakenin münasibətləri sakit şərait vəd edir. Adi, gündəlik, rutin işlərlə məşğul ola bilər. Fəqət gələn məlumatları sistemləşdirmək, qayda yaratmaq asan olmayacaq. Kollektiv və ya iş vaxtınızın əksər hissəsinin keçdiyi qrupda münasibətlər emosiyalarla zəngin olacaq.
Yaxın ətrafınızdakı insanların fikirlərini və istəklərini qulaqardına vurmayın. Məsləhətləri dinləyin.
Bu gün yeni işlərə başlamaq məsləhət deyil.
İzafi çəki problemi varsa, tamahınıza qul olmayın.
Tərəzi - Uran və Saturn bu gün nebulyar hipotezaya uyğun gün vəd edir. Protoplanetlər hadisələrin sakit məcrada cərəyanına mane olmur.
Hər şey sakitdir. Amma fəaliyyət və yaşam məkanlarınızda ehtiyac duyulan harmoniya yaratmaq şansını əldən verməyin.
Ətrafınızda baş verənlərə diqqət kəsilin. Hiss, emosiyalarınızı nümayiş etdirməyin. Yeni planlarınızı başqaları ilə bölüşməyin. İlk növbədə, nə ilə məşğul olmağın gərəkdiyini şərait özü sizə deyəcək.
İşi ön plana çəkib səhhəti unutmayın. Axşam saatlarında yaxşıca dincəlin.
Əqrəb - Haumea və Eridanın münasibətləri situasiyanı stabilləşdirəcək. İşlərdə retro-faza adlandırılan, əvvəlki dönmlərdəki vəziyyətin təkrarlanacağı vaxtdır. Artıq əldə etdiyinizi düşündüyünüz nəsnənin əlinizdən çıxmasını müşahidə edəcəksiniz.
Reaksiyanız yetərincə sakit olsun.
Diqqəti daha mühüm, önəmli məsələlərə yönəldin.
Harasa tələsməyin, planlaşdırdığınız işləri görün.
İşdə və ya təhsil aldığınız məkanda nisbi sakitlikdirsə, evdə mümkün qədər çox iş görməyə çalışın.
Tənhalıq hissi yarana bilər. Səmimiyyətə ehtiyacınız var.
Oxatan - Mimas və Tefeyanın münasibətləri sizdən günün prioritet məsələlərinə diqqət ayırmağı tələb edir. Başa çatdırılması mümkün olan işləri təxirə salmayın, yubatmayın. Əks halda emosional gərginlikdən qurtula bilməyəcəksiniz.
Mübahisələr mənasızdır. İşinizlə məşğul olun. Qoy başqaları vaxtı mübahisə etməklə keçirsinlər.
İzafi emosiyalar və gərginlikdən qurtulmağın ən yaxşı yolu fiziki təmrinlərdir.
Ev işləri üçün vaxt tapın.
İş yerində, habelə yaşam arealında qayda yaradın.
Oğlaq - Sinope və Veneranın münasibətləri cari işləri ön plana çıxarır. Həmin işləri tələsmədən, soyuqqanlı şəkildə yerinə yetirin. Emosiyalarınıza hakim olun, diqqət və vaxtınızı mənasız söhbətlərə, dartışma və iddialara xərcləməyin.
Gün real niyyətlərin həyata keçirilməsi üçün əlverişlidir. Hadisələrin sürətli inkişafını gözləməyin.
Yeni təcrübə və biliyin, məlumatın əldə edilməsinə mane ola biləcək nə varsa, geridə qoyun.
Ailə üzvləri ilə münasibətlərdə səmimi olun, tapşırığı yerinə yetirin. Şəxsi münasibətlərdə nüansları nəzərdən qaçırmayın, iddia və təkidlərdə sonadək getməyin.
Axşam saatlarını sevdiyiniz insanla birlikdə keçirin.
Dolça - Elera və Amalteyanın münasibətləri bu gün uğur gətirəcək. Özünüzlə bahəm, yaxınlarınız üçün gördüyünüz işlərdə yaxşı nəticələr əldə edəcəksiniz. Xüsusi diqqət və qayğıya ehtiyac duyan insanları unutmayın.
Sayıq çalışın ki, önəmli sahədə və ya müstəvidə yanlışlığa yol verməyəsiniz. Tələsməyin, işlərinizdə qayda, fikirlərinizdə sahman yaradın. Ətrafınızdakı mühitdən müsbət enerji almağa səy göstərsəniz, pis olmaz.
Əməllərinizə estetik komponentlər qatmağı düşünmürsünüz ki?!
Əlaqə və təmasları elə seçin ki, gərginləşməyəsiniz, danışıqlardan həzz alasınız. Bu gün yaşanan təsadüfi hadisələri düşünün, onları təhlil edin, nələri dəyişə biləcəklərini təxminləyin.
Yarana biləcək problemləri "rüşeym"səviyyəsində həll etmək gərəkdir.
Balıqlar - Deymos və Fobosun münasibətləri bu gün retroqrad hərəkətlərə rəvac verə bilər. Yeni işə başlamağa tələsməyin. Ailə üvləri və yaxın qohumlarınızın qayğılandıran məsələlərlə maraqlanın. Yaxın adamlarınızdan köməyə ehtiyacı olan var. Münaqişə yaranmasına imkan verməyin, səhvləri və yanlışlıqları qarşılıqlı şəkildə bağışlayın.
Səmimi, diqqətli olun.
Maddi və maliyyə məsələlərinin həlli ilə məşğul olun. Fiziki işi də unutmayın. Xüsusi ehtiyac və zərurət duymursunuzsa, təmasların intensivliyini azaldın.
Emosional stabilliyə can ataraq hisslərinizi cilovlayın, qüvvələrinizi bərpa etməyə çalışın.
Milli.Az