Qadınları gözəlləşdirən qoxular hansılardır?
27.2.2013

Qadınlar gözəl görünmək üçün təbiətin möcüzələrindən maksimum dərəcədə faydalanır. Sağlamlıq məfhumuna çiçəkləri, yeməkləri və qoxularrı da aid etmək olar. Çox sevdiyimiz meyvələrin, çiçəklərin hətta qəhvənin də xoş qoxusu sağlamlığımız üçün çox faydalı hesab olunur.

Gəlin birlikdə bu mövzuya uyğun məsələlərə baxaq: Dad, ləzzət məfhumları da duyğumuz qoxu kimi xüsusi və fərdidir. Buna görə də kiminsə xoşuna gəldiyi qoxu bir başqasını narahat edə bilər, ya da tam tərsi. Ümumilikdə onu demək olar ki, bəzi qoxular hər kəs üçün yaxşıdır.

Qəhvə: Qəhvənin qoxusunun hər zaman dadından daha gözəl olduğunun fərqinə varmısınız. Bir fikri söyləmək olar ki, qəhvənin yalnız özü deyil qoxusu da sizdə baş vermiş yorğunluq hissini azaltmağa və özünüzü daha enerjili hiss etməyinizə köməkçi ola bilər.

Lavanda: Stressli olduğunuz anlarda lavanda qoxusu sinirlərinizi yatırmağı təmin edir. Stressli bir gündə özünüzü narahat hiss etsəniz, lavanda yağını bir dəsmala damcıladaraq iyləyin ya da olduğunuz mühitdə lavanda aromalı bir şamdan istifadə etmək məsləhət görülür.

Sitrus bitkiləri: Limon, naringi, portağal kimi meyvələrin qoxusu konsentrasiya toplamağa və mədə bulanmasını azaltmağa kömək edir.

Evkalipt: Soyuğa görə burnunuzda tıxanmalar olursa, qulaqlarınızda isə cingildəmə baş verirsə, bir-iki damla evkalipt yağını dəsmala damcılatmaq və müəyyən aralıqlarla iyləmək təsirli olur.

Yasəmən:Yatmaqda çətinlikmi çəkirsiniz? Yuxu dərmanlarını bir kənara buraxıb, bir az jasmin (yasəmən) iyləmək daha yaxşı olar.

Nanə: Təravətli qoxusu ilə zehninizi rahatlaşdırmağı təmin edir. Konsentrasiyanı artırmaq üçün təsirli bir üsuldur.

Zəfəran: Müəyyən bir dövr ərzində əsəblərinizin pozulduğunu hiss edirsinizsə, rahatlamaq üçün zəfəran iyləməyi təcrübədən keçirsəz pis olmaz.

publika.az