140 ton meyvə küçələri bəzədi
27.2.2013

Fransada möhtəşəm meyvə festivalı keçirilir. Belə ki, Fransanın Menton şəhərində portağallar və limonlardan ibarət maraqlı məhsul festivalı keçirilir. 140 tondan artıq meyvə üç həftə ərzində şəhərin küçələrini bəzəyəcək. Özü də elə belə yox. Maraqlı dizaynlar və maraqlı görüntülərlə əsl şou təşkil edilir.

La Fete du Citron adlanan festival hər il 230.000 ziyarətçi cəlb edir. Festivalın bu ilki mövzusu 80 gün Dünya ətrafında adlanır.

publika.az