Bakıda «Azərbaycan-Yaponiya kosmik sektor seminarı» keçirilir
27.2.2013

Bu gün Bakıda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə «Azərbaycan-Yaponiya kosmik sektor seminarı» («Azerbaijan-Japan Space Sector Workshop») işə başlayıb.

Yaponiyanı təmsil edən nümayəndə heyətinə İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi, «Mitsubishi Electric Corporation», «Nippon» elektrik korporasiyası, «IHI Corporation», «IHI Aerospace Co.», «PASCO», «JAMSS», «Sumitomo», «Itochu Corporation», Yaponiya Kosmos Forumu, Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, Yaponiya Kosmos Sistemləri, Yaponiya Uzaqdan İdarəetmə Mərkəzi, Yaponiya aerokosmik şirkətləri cəmiyyətinin təmsilçiləri daxildir.

Seminar iki ölkə arasında əlaqələrin genişləndirilməsinə, o cümlədən kosmik sektorda əməkdaşlığa yönəldilib. Seminar iki gün davam edəcək.

Qeyd edək ki, fevralın 28-də yaponiyalı qonaqların Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin müşayiəti ilə baş nazirin müavini, Yaponiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Abid Şərifovla görüşü planlaşdırılır.

Həmçinin, fevralın 28-də nümayəndə heyətinin Peykin Yerüstü İdarəetmə Mərkəzi ilə tanışlığı da nəzərdə tutulub.

Apa