Qoç - Peşəkarlıq baxımından gün o qədər də çox şey vəd edən və maraqlı görünmür. Bu gün yalnız mövcud işgüzar əlaqələrin möhkəmlənməsinə bel bağlamaq olar. Yeni müttəfiqlər ortaya çıxmır, maraqlı təkliflər də istədiyiniz qədər çox deyil.
Şəxsi xarakterli problemlər mümkündür. Deyəsən, yaxınlarınız sizin maraq və arzularınızla hesablaşmaq istəmirlər. Bu isə sizi hövsələdən çıxarır. Qəzəbinizi işə salmazdan əvvəl hər şeyi yenidən düşünün. Çox güman ki, sizdə yanlış təəssürat yaranıb.
Buğa - İstənilən sahədə dəyişikliklər üçün uğurlu gündür. Əgər işdən bezmisinizsə, yeni iş axtarışlarına başlamaq olar. Şəxsi həyatınızda müxtəliflik istəyirsinizsə, ürəyinizin istədiyinə nail olmaq şansınız var. Bürcün ən mühafizəkar nümayəndələri saç düzümünün dəyişdirilməsi və ya yeni ayaqqabı almaqla kifayətlənə bilərlər.
Həm evdə, həm də işdə işləriniz çox olacaq. Bu baxımdan, gün yorucudur. Üstəlik, dostlar və ya köhnə tanışlarla görüşdən imtina etmək arzuolunan deyil. Onlar əhval-ruhiyyənizi yüksəldəcək və vacib suallara cavab tapmaqda kömək edəcəklər.
Əkizlər - Bu gün sizinki gətirmir. Gün həm peşə, həm də şəxsi xarakterli ciddi itkilərlə yadda qala bilər. Rəqiblər üzərində qələbə qazanmaq çətindir: onlar fərasətli və hiyləgər, həm də istənilən oyun qaydalarını pozmağa qadirdirlər. Tələsik əldə olunan sövdələşmələr nəticəsində maddi itkilər gözlənilir. Alqı-satqı işlərini təxirə salmaq məsləhətdir.
Hər yerdə tənqidi münasibətlə qarşılaşırsınız. Sizi tərifləmək üçün əsaslı səbəb tapan şəxs bu gün asanlıqla sizin rəğbətinizi qazana bilər.
Xərçəng - Əlverişli gündür. Günün əvvəlində hadisələr uğursuz inkişaf etsə də, tezliklə sizin üçün yeni imkanlar yaranacaq. İşgüzar partnyorlarla fikir ayrılıqlarını aradan qaldırmaq, tam anlayış və qarşılıqlı dəstək şəraitində yeni layihənin icrasına başlamaq olar.
Ailə işlərində də hər şey qaydasında olacaq. Siz təkbaşına da çox şeyə nail ola bilərsiniz. Amma yaxınlarınız da vaxtında yardıma gəlirlər. Yeni tanışlıqlar mümkündür. Maraq oyatmaq və rəğbət yaratmaq sizin üçün çətin olmayacaq.
Şir - Ətrafdakıların sizin nailiyyətlərinizi istədiyiniz qədər yüksək qiymətləndirməməsinə hazır olun. Gördüyünüz işə görə alacağınız mükafat, gözləntilərinizi doğrultmaya bilər. Rəhbərliklə ciddi fikir ayrılıqları ehtimalı var. Ümumi dil tapmaq mümkün olacaq. Amma güc və əsəb də az sərf olunmayacaq.
Şəxsi münasibətlər baxımından əlverişli gündür.
Qız - Gün heç nə ilə təəccübləndirməyəcək. Siz qarşınızdakı hədəfə doğru irəliləyirsiniz, əvvəlcədən nəzərdə tutulan planı icra edirsiniz. Düzdür, bir qədər dəyişən şəraiti diqqətə almaq lazım gələcək, lakin bu, ciddi əngəl olmayacaq.
Şəxsi xarakterli çətinliklər mümkündür. Yaxınlarınızın hansı motivlərə əsaslandığını dərhal anlaya bilməyəcəksiniz. Uzun-uzadı izahata, münasibətlərin aydınlaşdırılmasına ehtiyac var. Münaqişəyə yol verməmək üçün çox səbrli və nəzakətli olmalısınız. Lakin hər şey o qədər də asan deyil. Axşama doğru hiss edəcəksiniz ki, “aşırım”ı müvəffəqiyyətlə keçmisiniz.
Tərəzi - Bu gün dünənkindən əlverişli olacaq. Amma onu tam gözəl gün adlandırmaq olmaz. İşgüzar münasibətlər ziddiyyətlərlə doludur və ətrafınızdakılardan kimin dost, kimin düşmən olduğunu ayırd etməkdə çətinlik çəkəcəksiniz. Xoş olmayan həqiqəti üzünüzə deməkdən qorxmayan adamlara etibar etmək olar. Lakin siz bu həqiqəti eşitməyə meylli deyilsiniz.
Şəxsi həyatda müsbət tendensiyaların təsiri güclüdür. Bu gün elə edə bilərsiniz ki, münasibətlərdə çoxdan hökm sürən problemlər artıq həm sizi, həm də partnyorunuzu narahat etməsin. Lakin bu, müvəqqəti həlldir. Tezliklə vacib suallara birdəfəlik cavab axtarışına başlamalı olacaqsınız.
Əqrəb - Eksperimentlərdən qorxmayın. Yaradıcılıq potensialınızın yüksək olduğu bun gün yeni kəşflər, orijinal həll axtarışları üçün ideal əlverişlidir. Daxil olan təkliflər də buna müvafiqdir. Təkliflərin hamısı diribaşlıq və qeyri-standart yanaşma tələb edir.
Darıxmağa vaxtınız olmayacaq. Baş verənlərdən zövq alacaqsını. Dostlarla görüş, planlaşdırılmamış səfərlər də əhval-ruhiyyənizi yüksəldəcək. Gün yalnız romantik münasibətlər baxımından o qədər də çox şey vəd etmir.
Oxatan - Bu yaxınlarda yaranan problemləri yoluna qoymaq üçün xeyli səy göstərməli olacaqsınız. Bütün çətinliklərə baxmayaraq, məyus olmursunuz və bu, təqdirəlayiqdir. Məhz nikbinlik və özünə inam yeni partnyor və müttəfiq tapmağa kömək edir. İşgüzar münasibətlərə maliyyə ilə bağlı fikir ayrılıqları müəyyən qədər kölgə sala bilər.
Emosional fon əlverişli, həyat potensialı yüksəkdir. Bunu çox şey vəd edən ahəng hesab etmək olar. Əgər romantik görüşlər və dostlarla görüş üçün vaxtınız qalmasa, yəqin ki, ümidsizliyə qapılmayacaqsınız. Oxatan-valideynləri övladları ilə bağlı xəbərlər sevindirəcək.
Oğlaq - Ötən həftə məşğul olduğunuz bəzi məsələlərə bu gün də qayıtmalı olacaqsınız. Aydınlaşacaq ki, bütün detallar nəzərə alınmayıb, siz və müttəfiqləriniz bir sıra boşluqlar buraxıbsınız. Düzəlişlər çox vaxt aparır və əsəbilik yaradır.
Evdə də hər şey rəvan deyil. Oğlaqlar üçün həm uşaqlar, həm də yaşlı nəslin nümayəndələri ilə dil tapmaq çətinləşir. Yalnız həmyaşıdlarınız sizə nəyin əzab verdiyini anlayır. Onlardan kimsə sizi yalnız diqqətlə dinləməyəcək, həm də dəstək üsulu tapacaq.
Dolça - Müsbət tendensiyaların təsiri azalır. Ona görə də bir çox işlər sizə daha ağır gəlməyə başlayır. Asan olmayan məsələləri müzakirə etmək lazım gəlir, işgüzar müttəfiqləriniz tez-tez sizdən güzəştlər tələb edirlər. Maliyyə məsələləri kəskinləşir. Məhz vəsait çatışmazlığı sizə bəzi planların reallaşmasında mane olacaq.
Bütün çətinliklərə baxmayaraq, vacib layihələri təxirə salmayın. Yaxın vaxtlarda onların reallaşması üçün əlverişli şəraitin yaranacağı gözlənilmir. Yaxınlarınızın dəstəyinə və anlayışına bel bağlamaq olar.
Balıqlar - Bu gün dünənki ilə müqayisədə sizə daha çox sevinc bəxş edəcək. Önünüzdə yeni imkanlar açılacaq. Hadisələrin inkişafı köhnə rəqibləriniz qarşısında üstünlük qazanmağınıza kömək edə bilər. Nüfuzlu şəxslər sizin tərəfinizdə olacaqlar. Bu isə bir çox layihələrinizin uğuruna dəlalət edir.
Hadisələri tələsdirmək lazım deyil. Başladığınız bütün işləri başa çatdırmağa vaxtınız olacaq. Günün ikinci yarısı romantik görüşlər və sevgi etirafları üçün münasibdir.