Fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında XX əsr Azərbaycan coğrafiyaşünaslıq elminin görkəmli nümayəndəsi, yorulmaz tədqiqatçı, fədakar alim və pedaqoq, Əməkdar Elm Xadimi, akademik Budaq Budaqovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə görkəmli alimin ömür yolundan, zəngin elmi yaradıcılığından geniş söhbət açılmışdır.