“Azərbaycan “Eurovision -2012” yarışmasını qəbul etməyə tam hazırdır. Dediyimiz həmin bu tədbir Azərbaycanın daha da tanınmasına və bu ölkənin turistlər üçün maraqlı bir məkan olmasına zəmin yaradacaq”. Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai deyib.
ÜTT baş katibi “Eurovision” yarışmasına ev sahibliyinin Azərbaycan üçün bilavasitə reklam olduğunu əlavə edib: “Bu il Azərbaycan “Eurovision” müsabiqəsində qalib gəldikdə çox insan ölkəniz haqqında ilk dəfə eşitdilər. Bu il siz dünyanın diqqətini özünüzə cəlb etdiniz və gələn il dünyanın buraya gəlib bilavasitə sizinlə tanış olmasına şərait yaradacaqsınız. İnanıram ki, Bakıya gələn hər insan Azərbaycana mənim kimi heyran olacaq”.