“Titanik” qayıdır
28.2.2013

1912-ci ildə Atlantik okeanının şimalında aysberqlə toqquşaraq batan nəhəng “Titanik” sərnişin gəmisinin tam oxşarı düzəldiləcək.

Yeni “Titanik” yetərincə xilasetmə qayıqlarına malik olmaqla dünyanın ən təhlükəsiz sərnişin gəmisi sayılacaq.

Gəminin hazırlanması ideyası avstraliyalı milyarder Klayv Palmerə məxsusdur. O, “Titanik-2” gəmisinin layihəsini Nyu-Yorkda təqdim edib.

“Titanik”in tam oxşarının uzunluğu 270 metr, çəkisi 40 min ton olacaqdır. Gəminin 9 göyərtəsində 850 kayuta olacaq.

Əvvəlkində olduğu kimi, “Titanik-2”də də türk hamamları, siqaret çəkməyənlər üçün nömrələr, parad pilləkəni, trenajor zalı olacaq. Gəmi 1, 2 və 3-cü sinif sərnişinlər üçün nömrələrə bölünüb.

Orijinaldan fərqli olaraq, “Titanik-2”də kondisionerlər, helikopter meydançası və internet olacaq.

Sərnişinlər 100 il əvvəlki dəblə geyinəcək, batmış “Titanik”dəki qab-qacağın tam oxşarlarından yemək yeyəcəklər.

“Titanik-2”nin ilk reysinə çox böyük tələbat vardır. Onlarla müştəri 1-ci sinifdəki kayuta bilet üçün 1 milyon dollar təklif edib.

Gün.Az