Jerar Depardye Azərbaycanda kino çəkəcək
28.2.2013

Məşhur fransız aktyoru, bu yaxında Rusiyada qeydiyyat ünvanı əldə edən Jerar Depardye ölkəmizdə idman barədə film çəkəcək.

Sözügedən film haqqında Jerar Depardyenin yaxın dostu, prodüser Arno Frille culture.ru saytına müsahibəsində bildirib.

“Gələn yay Azərbaycanda idmana həsr olunan filmin böyük bir hissəsini çəkmək istəyirik. Bəli, yayda Qazaxıstanda “Çöllərin səsi” adlı film çəkəcəyik. Daha sonra isə Çindən başlayaraq, Özbəkistandan Türkiyəyə qədər uzanan Böyük İpək Yolu barədə 12 seriyadan ibarət teleserialın çəkilişlərinə başlayacağıq. Jerar serialda Bizans imperatorunun rolunda çıxış edəcək. Azərbaycanda gələn yay idmana həsr edilən filmin böyük bir hissəsini çəkəcəyik”, - o, bildirib.

Gün.Az