Məşhur rejissor Kann Festivalının baş münsifi olacaq
28.2.2013

Məşhur amerikalı rejissor Stiven Spilberq 15-26 mayda keçiriləcək Kann Film Festivalının baş münsifi seçilib.

Bunu Film Festivalının təşkilatçısı Jil Yakob bildirib.

İndiyə kimi 27 film çəkmiş 66 yaşlı rejissorun bir çox filmləri Kann Film Festivalında ekranlaşdırılıb. 1974-cü ildə onun “Sugarland” filmi ən yaxşı ssenari mükafatını alıb.

Qeyd edək ki, keçən il Kann Film Festivalının baş münsifi italyan rejissor Nanni Moretti olub.

ANN.Az