2012-ci ilin ən çox satılan albomları – SİYAHI
28.2.2013

Adelin “21″ adlı albomu keçən il dünya səviyyəsində ən çox satılan albom olub.

Beynəlxalq Fonoqrafiya Sənayesi Federasiyası 2011-ci ilin yanvarında buraxılan albomun 8.3 milyon nüsxə satdığını bildirib.

2012-ci ildə ümumi musiqi gəlirləri 0.3% artaraq 16.5 milyard dollar olub. Bu 1999-cu ildən bəri musiqi sənayesində qeydə alınan ilk artımdır.

Karli Rey Cepsenin “Call Me Maybe” adlı hit mahnısı 2012-ci ilin ən çox satılan sinqlı olub. Sinql qlobal miqyasda 12.5 milyon dəfə satılıb.

2012-ci ilin ən çox satılan albomları:

1. Adel – “21″ (8.3 milyon)
2. Teylor Svift – “Red” (5.2 milyon)
3. “One Direction” – “Up All Night” (4.5 milyon)
4. “One Direction” – “Take Me Home” (4.4 milyon)
5. Lana Del Rey – “Born To Die” (4.4 milyon)

ANN.Az