Qoç - Himaliya və Enseladın münasibətləri sakitlik vəd etmir. İnformasiya və ya məlumat itkisi, əlaqələrdə problemlər ola bilər.
Mühüm əşyalara diqqət edin, müxtəlif şəraitdə geri çəkilmə imkanlarını nəzərdən keçirin. Tələsməyə lüzum yoxdur. Təxirə salınmış işi və ya layihəni düşünün. Nəyə isə qayıtmaq, başa vurmaq və ya qaydaya salmaq mümkündür.
Qayğılar və işlər çox olsa da, yorulmayacaqsınız. Tamamlanan kiçik işlər nə qədər çox olarsa, əhvalınız bir o qədər yaxşı olacaq.
Axşam saatlarını səhhətinizə həsr edin.
Buğa - İo və Ledanın münasibətləri çətin gün vəd edir. Qarşınıza çox məqsəd qoyubsunuzsa, çeşidli işləri görüb başa vurmaq itsəyirsinizsə, daxili ritmlər arasındakı uyğunsuzluğu hiss edəcəksiniz. Təmaslardan və informasiya axınından uzaqlaşmaq keçir könlünüzdən.
Amma işdən yayınmaq cəhdləri alınmayacaq. Yalnız yaxşı nəticə vermiş işdə, sona çatdırılmış əməldə rahatlıq tapacaqsınız.
Günün ikinci yarısında vaxtınızın bir qismini ev işlərinə ayırın. Maliyyə xərcləri, rekonstruksiya işlərində diqqətli olun.
Dağınıqlığı aradan qaldırın, məkanı yeni yaşam planlarına hazırlayın.
Əkizlər - Mimas və Tefeyanın münasibətləri yaşamda retro-faza vəd edir. Bütün yeni layihələri martın ikinci yarısına qədər təsirə salın.
Başlanmış işləri sona çatdırın, nəticələri nəzərdən keçirin, fikirlərinizi qaydaya salın. Dünənki planları unudun, gün ərzində yaranan işlərlə məşğul olun.
Sizə nə isə vəd edərək sözünün üstündə durmayan adamlarla dalaşmayın.
Harasa yollansanız, gecikməyin, bir qədər tez çıxın. İndi aldığınız informasiya hazırda ən mühüm məsələni müəyyənləşdirməyə kömək edəcək.
Köhnə planların üzə çıxmasına hazır olun.
Xərçəng - Mimas və Avropanın münasibətləri cari işlərlə məşğul olmağınızı tələb edir. Hadisələri süni şəkildə sürətləndirə biləcək addımlar atmayın.
Yaşananları müşahidə edin, aktiv müdaxiləyə əl atmayın. Lakin hər şeyə rəğmən, bəzi olayların korrektəyə ehtiyacı var. Mühüm tədbir və işdə təşəbbüsü bu mövzunu yaxşı bilən insana, təcrübəyə malik şəxsə həvalə edin.
İzafi xərclərə yol verməyin. Yaşam məkanınızın bir qismində qayda yaradın ki, pozitiv enerji ala biləsiniz.
Şir - Umbriel və Titaniyanın münasibətləri xoş gün vəd edir. Amma unutmayın ki, asanlıqla aldana və ya başqalarına yanlış məsləhət verə bilərsiniz.
Bu gün ağlınıza gələcək böyük ideyalar və möhtəşəm planların reallaşma şansı azdır. Xoşunuza gəlirsə, arzu edin, xəyallara dalın. Lakin bütün bunlar illüziyadan başqa heç nə deyil.
Həyatın bu gün sizə xatirələr qismində qaytardığı hər şeyi qəbul edin. Köhnə tərəfdaşlar, tanışlar və dostlarla görüşlər mümkündür. Uzun müddət gözə dəyməyən əşya tapılacaq. Tam bələd olduğunuz münasibətlər isə sizə yeni məna və anlam vəd edir, diqqətinizi fərqli istiqamətlərə yönəldir.
Şəxsi münasibətlərdə konkret nəticəyə güvənməyin. Xoş ünsiyyətdən həzz alın.
Qız - Mars və Saturnun münasibətləri ötənlərdə yarımçıq qalmış işin başa çatdırılmasını, deyilməmiş sözlərin söylənməsini tələb edir.
Yaxşı və pisi ayrıd etmək, planlarınızla fikirlərinizdə qayda yaratmağın vaxtı çatıb. Qüvvənizi həddən artıq alan, amma nail olmadığınız məsələlərdən boyun qaçırmağa çalışın.
Ab-havanı təmizləmək zamanıdır. Ehtiyac duyulmayan heç nə almayın, yalnız zəruri əşyalara pul xərcləyin.
Şəxsi münasibətlərdə dəyişikliklər ehtimalı çox azdır. Yorulduğunuzu hiss etsəniz, dincəlin. Kimsənin tələblərinə fikir verməyin.
Tərəzi - Kallisto və Fobosun münasibətləri nigaranlıq, narahatlıq yaranacaq. Bu gün mühüm, sizin üçün önəmli iş görməyə başlayanda yüz ölçün, bir biçin.
Əsla tələsməyin. Fikirləriniz cari işlərdən uzaqlarda dolaşaraq xəyali insanlarla təmasda olacaq. Fantaziyanız bu gün çox güclüdür.
Mühüm işlərin bəzilərini təxirə salın. Axşam saatlarında yaxşı istirahət edin.
Özünüzü tələsdirməyin, ruhunuzun impulslarını sezməyə çalışın.
Gərək olan işlə yanaşı, maraqlandığınız məsələni də gerçəkləşdirməyə cəhd göstərmək olar.
Əqrəb - Lisiteya və Himaliyanın münasibətləri bu gün işlərin uğurla alınması üçün şübhəli davranmağınızı istəyir. Hər şeyi təfərrüatlı təhlil edin.
Aramla, tələsmədən irəliləyin. Mövcud problemlərin rasionallaşmasına imkan verin. Nüansların bol olduğu intriqaya başlayaraq hər yeni qərar və ya əmələ yeni məna, görüntü verə bilərsiniz.
Hər iş, tədbir üçün qüvvələriniz və imkanlarınızı hesablayın. Narazılığı uğurlara çatmaq üçün hərəkətverici qüvvəyə çevirin. Özünüzü qoruyun, çox yorulmayın.
Oxatan - Venera və Uranın münasibətləri gərəksiz nə varsa, geridə qoymağı tələb edir. İndiyədək qapalı, üstü örtülü qalan problemləri üzə çıxarın, onları çözün. Həyatınızda yetərincə rəngarənglik olduğundan heç nəyi süni şəkildə mürəkkəbləşdirməyin.
Maraqlı xəbərlər ala bilərsiniz.
Ailədəki yeniliklər işə, işdəki dəyişikliklər ailə davranışınıza təsir edəcək. Ona görə də qüvvələr balansını qoruyun. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız.
Tərəfdaşınıza təzyiq edərək onu dilə tutmağa çalışın. Uzun-uzadı ünsiyyət və ya söhbətin heç bir xeyri yoxdur. İstənilən fiziki iş, evdə çalışmaq həzz verəcək.
Oğlaq - Ay və İonun münasibətləri yeni işə başlamaq istəyini azaldacaq. Hər şeyi qaydaya salmaq, yerbəyer etmək, özünüzü və baş verənləri anlamaq imkanı yaranıb.
Yaxın ətrafınızda izafi hərəkət, vurnuxma var. Necə hərəkət etməli olduğunuzu özünüz seçin.
Fiziki və ya emosional dəstək alacaqsınız. Təhlükəsiz durumda qalmaq istəyi yaranacaq.
Hadisələrin öz axarı ilə inkişaf etmək şansı varsa, qarışmayın, müşahidə edin. Yaşam mühitinizdə qayda yaratmaqla məşğul olun.
Yaxınlarınıza, sevdiyiniz insana qayğı göstərin.
Dolça - Venera və Tritonun münasibətləri deja-vyu effekti yaradacaq. Yeni heç nə planlaşdırmayın. Problemləri təhlil edərək onlara yenidən baxmaq üçün imkan var. Kommersiya məsələlərini nəzərdən keçirin. Kiminlə işləmək gərəkdiyini intuisiya deyəcək.
Hadisələri izləyin. Məlumatlar təcili cavab və ya əməl tələb eləmir. Amma yeni yönlərin müəyyənləşdirilməsi gərəkən situasiyalarda əməkdaşlığı islahatlara uğradın. Qərarlar qəbul edəndə standart və darıxdırıcı olmayın.
Problemə fərqli müstəvidən baxın.
Balıqlar - Makemake və Haronun münasibətləri planlarda geriləmə yaradacaq, gözlənilən hadisələr və yeniliklərin tempini aşağı salacaq. Fəqət günün ikinci yarısında şərtlər dəyişəcək, əlavə işlər peyda olacaq.
İşinizi elə planlaşdırın ki, ünsiyyət imkanınız olsun. Yazışmalar aparın, gərəkli məlumatı arayın. Fayllarda qayda yaradın, poçt qutularını təmizləyin.
İş yerində səhmanı da unutmayın.
Şəxsi həyatda və münasibətlərdə yeniliklərə tələsməyin. Vaxtdan hisslərinizi ayrıd etmək üçün istifadə edin.
Milli.Az