Yol polisi Bakıda 8 Mart – Beynəlxalq Qadınlar günü ilə bağlı aksiya keçirəcək
1.3.2013

Bakıda nümunəvi qadın sürücülər seçiləcək. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, 8 Mart – Beynəlxalq Qadınlar günü ”Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Radio Anten”lə birlikdə paytaxt ərazisində “Nümunəvi qadın sürücü” devizi altında ənənəvi aksiya keçirəcək. “Yol hərəkəti haqqında” qanunun tələblərinə tam əməl edən sürücülərə mükafatlar təqdim ediləcək.

BŞDYP müəssisə və şirkət rəhbərliyinin nəzərinə çatdırır ki, aksiyada iştirak etmək istəyənlər idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlaya bilərlər.

APA