Kanadada 3D printerdə avtomobil çap edilib
1.3.2013

Kanadada dünyada ilk dəfə olaraq 3D printeri vasitəsilə avtomobil «çap» edilib.

«Urbee 2» adlanan avtomobilin şəhər avtomobilləri arasında inqilaba səbəb olacağı güman edilir. 3D printerdə çap edilməsi nəticəsində «Urbee 2» ənənəvi maşınlardakı kimi bir neçə min hissədən deyil, cəmi 50 hissədən ibarətdir. Belə ki, 2500 saata çap edilən maşın yüngül plastik korpusa malikdir. Metal hissələr yalnız şassi və 10 at gücü olan hibrid mühərrikdir. 0-40 km/saat sürətədək avtomobil elektriklə işləyəcək, daha yüksək sürətlərdə isə kiçik dizel mühərriki işə düşəcək. Uzunluğu 3 metr olan maşının 3 təkəri var ki, bu da bəzi ölkələrdə onu motosikl kimi qeydiyyatdan keçirməyə imkan verəcək. Avtomobilin möhkəmliyini və davamlılığını sübut etmək üçün onun yaradıcıları bütün ABŞ-ı dolanmaq niyyətindədirlər.

San-Fransiskodan Nyu-Yorkadək səyahət 4600 km təşkil edəcək. İlkin hesablamalara görə, bu səyahət üçün maşına cəmi 37,8 litr yanacaq lazım olacaq.

APA