“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində Heydər Əliyev Sarayında flamenqo rəqsinin mahir ifaçısı, aktyor, xareoqraf, dünya şöhrətli ispan rəqqas Xoakin Kortes iştirakı ilə konsert proqramı keçiriləcək.
Кonsert martın 9-dan 19-a qədər davam edəcək festivalın 10-cu günü, yəni martın 18 –də baş tutacaq. Kortes özünün yeni “Disen De Mi” adlı möhtəşəm rəqs proqramını təqdim edəcək.
Səhnədə 20-dən çox musiqiçinin müşayiət edəcəyi konsert proqramı saat 20:00-da başlayacaq. Konsertin biletləri yaxın günlərdə satışa çıxarılacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçiriləcək. Martın 9-dan 19-a qədər davam edəcək Festivalda, beynəlxalq elmi simpozium, muğam ifaçılarının müsabiqəsi və dünyanın tanınmış musiqiçilərinin konsertlərinin keçirilməsi nəzərdə tutulub.
ANS PRESS