Avstriya Elmlər Akademiyasının arxeoloqu Hilke Tuer Kleopatranın öldürtdüyü bacısı Şahzadə Dördüncü Arsinoenin məzarının tapıldığını iddia edir. Professora görə, məzar Türkiyənin Efes şəhərindədir. Lakin bir çox alimlər Hilke Tuerin bu iddiasını qəbul etmirlər. Çünki arxeoloqun əlindəki sümüklərin məhz Arsinoeyə aid olması dəqiq deyil.
Kleopatranın bacısı Arsinoe Roma müharibəsindən sonra Efes şəhərinə sürgün edilmişdi. Kleopatra isə onu hakimiyyəti üçün təhlükə saydığından öldürtmüşdü.
publika.az