Muğam Teatrının yaradıcı heyəti sentyabrın sonu, oktyabrın əvvəllərində Türkmənistanda konsert proqramı ilə çıxış edəcək. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıya səfəri zamanı Muğam Teatrına da baş çəkərək kollektivin fəaliyyəti ilə maraqlanmış, teatrı öz ölkəsinə dəvət etmişdi.
Türkmənistanda 300 mindən çox azərbaycanlı yaşayır. Bu baxımdan Muğam Teatrının dost ölkəyə səfərinin maraq doğuracağı gözlənilir.
Türkmənistanda çox sevilən müğənnilərimiz, əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova bacılarının qastrol səfərinə qatılacağı da planlaşdırılır.