Emil İbrahimin xatirə gecəsi (Video)
16.11.2011

17 noyabr Caz mərkəzində Emil İbrahimə həsr edilmiş konsert keçiriləcək. Məhz həmin gün məşhur caz musiqiçisi və bəstəkarının yaşasaydı 36 yaşı tamam olardı. Bakı Caz Mərkəzində Emil İbrahimin yaxınları, doğmaları və dostlarının iştirakı ilə xatirə gecəsi keçiriləcək. Tədbirdə məşhur caz musiqiçiləri çıxış edəcək. Qeyd edək ki, Emil İbrahim 14 aprel 2011-ci ildə dünyasını dəyişib.

Emil İbrahim - “Köhnə bulvar”