27 yaşadək ərə getməyən qızlar "boyat mal" elan olundu
1.3.2013

Çin hökuməti radikal addım atıb. Belə ki, artıq 27 yaşınadək nikaha daxil olmayan qadınlar rəsmi olaraq qarımış hesab olunur (boyat mal, kiminsə artığı) və onlar “qabaqdan qalan qalıq” (“leftover”) adını alıblar.

Çinin qadın əhalisinin böyük hissəsi son dərəcə pərişandır ki, 30 yaşınadək nikaha daxil olmayan qadınlar, indi damğalanıb və cəmiyyətdə “ağ qarğalar” hesab edilirlər.

Kommunist hökuməti Ümumçin Qadın Feminist Federasiyasının üzvlərinə təhsilli, peşəkar, heysiyyətli, lakin 27-30 yaşında hələ də yalnız olan və özünə uyğun ər tapa bilməyən qadınların artan sayı ilə bağlı dərc olunan məqalələrdə alçaldıcı terminlərdən istifadə etmək tapşırığı verib. Onlar indi arzuolunmaz şəxs elan olunublar. Hökumət bir qədər də dərinə gedib və “Qalıq qadınlar bizim rəğbətimizə layiq deyillər” başlıqlı məqalənin dərc edilməsinə göstəriş verib. Alçaldıcı adlar bütün ölkə üzrə yayılıb və milyonlarla heysiyyətli və təhsilli qadınların qəzəbinə səbəb olub.

Hökumət bu addım ilə 1,3 milyardlıq əhali arasında artan gender bərabərsizliyinin qarşısını almaq niyyətindədir. Məsələ burasındadır ki, Çində hər 100 qız uşağına nisbətdə 118 oğlan uşağı dünyaya gəlir.

Big.az