Günün qoroskopu
4.3.2013

Qoç - Merkuri və Plutonun münasibətləri gün ərzində hadisələrin ləng cərəyan etməsi təəssüratı yaradacaq. Fəqət, məlumat və xəbərlər bol olacaq.

Məlumatları qəbul edin, əldə etdiyiniz informasiyalardan dərhal yararlanmağa çalışmayın.
Xəbərlər, məlumat və bilikləri sistemləşdirin, mühüm işə hazırlıq görün.

Alış-verişdə izafi xərcləri təxirə salın. Borca düşməyin, yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Situasiyanın bəzi məqamlarını qaydaya salmaq olar.

İşlərdə və hisslərinizdə qayda yaradın.
Səhhətinizə fikir verin.
Həkim məsləhəti və müayinə tələb edən simptomları qulaqardına vurmayın.

Buğa - Pasife və Veneranın münasibətləri bol şanslı gün bəxş edəcək. Lakin hər şeyə dərhal nail ola biləcəyinizi düşünməyin. Hansısa məsələdə ciddi pərişanlıq və ruh düşkünlüyü ilə üzləşə bilərsiniz.

Sizin üçün önəmli insanlardan diqqət və təşəbbüs gözləməyin. Bel bağladığınız layihələr qısa müddətdə böyük gəlir vəd etmir.

Yalana tuş olacağınız situasiyalara düşməməyə çalışın. Sizi dilə tutaraq sonradan problem yarada biləcək əməli reallaşdırmağa çağıracaqlar. İntriqalara, zarafatlara, dedi-qodulara qatılmayın.

Bununla yanaşı, təmkinlə və aramla düşünsəniz, ciddi mövzunun məğzini anlaya bilərsiniz.

Əkizlər - Miranda və Sinopenin münasibətləri günlə bağlı bəlli çərçivələr yaradır. Vaxtınıza azad şəkildə hökm etmək və istəyinizə uyğun iş seçməklə bağlı situativ çətinliklər yarana bilər.
İddiaların səviyyəsini bir qədər aşağı salın. Mümkün qədər çox iş görməyə çalışın.

İmkan varsa, alış-verişdə çox pul xərcləməyin. Daha doğrusu, pul qazanmağa çalışın.

Hansısa illüziya darmadağın olacaq, perspektivlərinizi məntiqlə dəyərləndirin.
İşlərdə olduğu kimi, hisslərdə də qarışıqlıq var. Sevdiyiniz insanın davranış və istəklərini tam anlaya bilməyəcəksiniz.

Diqqəti əsas məsələyə yönəldərək qüvvə, imkan və vaxtınızı boş işlərə sərf etməyin. Çətinlik və problemlərin müsbət enerji axınına mane olmaması üçün günün ikinci yarısında fəaliyyət intensivliyini bir qədər azalda bilərsiniz.

Xərçəng - Pasife və Ledanın münasibətləri sakit, rahat gün vəd edir. Yaranmış imkanlardan işlərin intensivləşdirilməsi, başa çatan məsələlərin nizama salınması üçün istifadə edin. Planları yaşanan situasiyaya uyğun dəyişin.

Səbrli və soyuqqanlı davranış problemlərin yaranmasının qarşısını alacaq, işdə və ailədə ab-havanı yaxşılaşdıracaq. Hansısa ədalətsizliklə bağlı qəmginlik, umu-üsü bugünkü işlərin öhdəsindən gəlməyə mane ola bilər.

Narahatlıq mənbəyini aramayın. Sizə maraqlı gələn, nəticəsindən razı qala biləcəyiniz işlə məşğul olun.

Şir - Kallisto və Mimasın münasibətləri bu gün sizi gündəlik işə yönəldir. Diqqət və təmkinli, lakin ciddi iş konkret nəticələr verə bilər.

Məlumatın sistemləşdirilməsi və qaydaya salınmasına fikir verin.
Müzakirə ilə danışıqlarda xırdalıqlarla təfərrüatlar ön plana çıxacaq. Ona görə də ciddi hazırlaşın.

Əlavə tapşırıqlar, qayğılar və xüsusilə də səhhətlə bağlı kiçik problemlər istisna deyil.
Özünüzü yormayın.
Axşam saatlarında yolda əlahiddə dərəcədə ehtiyatlı olun.

Qız - Lisiteya və Enseladın münasibətləri hadisələri ənənəvi məcrada inkişaf etdirəcək. Heç nəyi ciddi şəkildə dəyişməyin. Amma indi olayların əhəmiyyətli dərəcədə asılı olduğu nüanslar və təfərrüatları izləyin, ehtiyac yaranarsa, onları yönləndirin.

İnformasiya axtarışına daha çox diqqət və vaxt ayırın. Ünsiyyət və təmas çevrənizi məhdudlaşdırmayın. Görüş dəvətlərindən imtina etməyin, danışıqlar aparın. Eyni zamanda, vədlərinizi və bilavasitə məsul olduğunuz işləri də yerinə yetirin.

Axşam saatlarında dostlarla birlikdə istirahət edin. İmicinizə fikir verin.

Tərəzi - Neptun və Haumeanın münasibətləri sakit, vurnuxma və ifrat emosiyalardan kənar çalışmağı tələb edir. Planlarınızda olmayan işi görməyiniz üçün sizə təsir, təzyiq ola bilər. Sizə vəzifə borcunu xatırladacaq, qayğı tələb edəcəklər.

Yaxın ətrafınızdakı insanlar qayda və şərtləri sizə bəlli olmayan oyunlara başlaya bilərlər.
Ünsiyyətdən yorulmağa başlasanız, məşğul olduğunuzu bildirin, istismar olunmağınıza yol verməyin.

Faydalı adətlərinizi və buna rəvac verə biləcək əlaqələrinizi bərpa edin.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Əqrəb - Amalteya və Qanimedin münasibətləri bu gün işlərdə ətaləti yolverilməz edir. Cari məsələlərin həlli ilə məşğul olun. Yetərincə yeknəsək və başa çatanda sizdə razılıq hissi yaradacaq məşğuliyyət tapın.

Hissiyat güclənir, intuisiyanın miqyası genişlənir. Şəxsi məsələlər ön plana çıxır. Sevdiyiniz insanla söhbət həyəcanlı ola bilər. Amma təcili nəticələr, xüsusilə də müəyyənlik gözləməyin.

Sizdə narahatlıq yaradan məsələləri gizlətməyin, deyin və mövqelərin yaxınlaşmasına səbəb ola biləcək həll yolları tapın.

Sağlam həyat tərzini seçin. Əgər hansısa xroniki ağrılar güclənərsə, mütləq şəkildə həkimə müraciət edin.

Oxatan - Umbriel və Arielin münasibətləri hadisələrin axarına müdaxilə olunmamasını tələb edir. Səhər saatlarından başlayaraq cari işləri yerinə yetirin. Açıq çalışın, heç nəyi gizlətməyin. Əks təqdirdə dolaşıq işlərdə özünüz dolaşa bilərsiniz.

Çətinliklər yaranarsa, konstruktiv çıxış yolu tapmağa çalışın. Nəyisə dərhal yoluna qoymaq mümkündürsə, problemin həllini uzatmayın və ya təxirə salmayın.

Enerjinizin bir qismini yaşam məkanınızın nizama salınmasına sərf edin. Gərəksiz hisslər, köhnə yaşantılar, lazımsız insanlardan izaf olun. Qayğıya ehtiyac duyan insana mütləq yardım edin.
Ailə üzvlərinizi diqqətsiz qoymayın.

Oğlaq - Triton və Fobosun münasibətləri bu gün eşidəcəyiniz hər sözə inanmamağınızı istəyir. Bəzi fəaliyyət və əməllərin nəticələri indi ehtimal etdiyinizdən fərqli ola bilər.

Gərgin dövrün başa çatmasını təmkinlə gözləyin, alınan məlumatı tələsmədən təhlil edin.

Evlə bağlı işlər və ya yaxınlarınızdan birinə yardım diqqətinizlə qüvvənizin bir hissəsini ala bilər.
Qayda yaradılması, durumun nizama salınması üçün vaxt tapın.
Görüləsi işlərin sayını artırmayın.

Əsas fəaliyyət istiqamətindən bir qədər ayrılmaq, fikri digər məcraya yönəltmək gərəkdir.
Axşam saatlarında səhhətinizə, özünüzə vaxt ayırın.

Dolça - Titan və Mikemakenin münasibətləri toplantılar, mühüm məsələlərin müzakirəsi, qərarların qəbulu üçün uğurlu gün vəd etmir. Müstəqil iş və situativ maraq yarada biləcək mövzu ilə ciddi məşğul olmaqda fayda var.

Şəxsi münasibətlərdə gərginlik yarada biləcək addımlar atmayın. Sevdiyiniz insanla münasibətləri tam aydınlaşdırmağa, bütün suallara cavab tapmağa tələsməyin. Səbrli, təmkinli olun, baş verənləri müşahildə edin. Öz səhvlərinizlə yaxın sandığınız insanların yanlışlıqlarını bağışlayın.

Ətrafla yanaşı, səhhətinizə də diqqət yetirin.
Qüvvələrin bərpa yolunu arayın, gücünüzü boş işlərə sərf etməyin.

Balıqlar - Erida və Haronun münasibətləri cari işlərin görülərək başa çatdırılması üçün əlverişli gün vəd edir. Sənədlər və hesabatların hazırlanması, müxtəlif dövlət qurumlarına baş çəkmək gözlənilən nəticələri verə bilər.

Bu günə mühüm görüş və ya danışıqları təyin etməyin. Ünsiyyətin axarı rəvan olsa da, konkret qərarların qəbulu şübhəli məsələdir.

Başqasının təcrübəsinin öyrənilməsi, həmin təcrübədən yararlanmaq üçün əlverişli vaxtdır.

Yaxınlarınız, sevdiyiniz insan sizin qayğı və diqqətinizi gözləyir. İşə həddən ziyadə diqqət ayıraraq həmin adamları unutmayın. Xəyallar aləmində pərvaz etməyin.

Günü istədiyiniz kimi keçirə bilərsinz. Amma əlverişli anı əldən verməyə dəyməz.
Səhhətinizə fikir verin, sağlamlığınızla bağlı profilaktik tədbirlər görün.

Milli.Az