Rusiyada gözəllik müsabiqəsi "Miss Rusiya-2013"ün qalibi məlum olub. "Miss Rusiya-2013" Mejdureçensk şəhərindən olan 18 yaşlı Elmira Abdrazakova seçilib.
Müsabiqənin qalibi 100 min dollar, avtomobil, eləcə də Rusiyanı "Kainat gözəli" və "Dünya gözəli" yarışmalarında təmsil etmək hüququ qazanıb.
"İndi hiss etdiklərimi izah etmək mümkün deyil. İnana bilmirəm ki, indi burada dururam və bütün bunlar mənimlə baş verir", - deyə Elmira Abdrazakova müsahibələrindən birində söyləyib.
O, Sibir universitetinin tələbəsidir.
Elmira Abdrazakova pul mükafatı ilə doğma şəhərinə yardım edəcəyini açıqlayıb. O, həmçinin bu müsabiqədə ən çətin işin hündürdaban ayaqqıblarda gəzmək olduğunu da etiraf edib.
Qeyd edək ki, "Miss Rusiya-2013" gözəllik müsabiqəsi dünən "Barvixa Luxury Village" konsert salonunda baş tutub.
Müsabiqənin münsiflər heyətinə müğənni Dmitri Malikov, restorator Arkadi Novikov, modelyer Valentin Yudaşkin, İD baş direktoru Aksel Şpringer Regina fon Fleminq, tennisçi Anastasiya Mıskina, "Kainat gözəli 2012"nin qalibi amerikalı Oliviya Kallo və "Dünya gözəli 2012" çinli Yu Vensya daxil olublar.
Milli.Az