Britaniya kraliçası xəstəxanaya yerləşdirilmişdir
4.3.2013

Britaniya kraliçası gastroenteritis xəstəliyinin simptomlarının araşdırılması üçün Londondakı “VII King Edward” xəstəxanasına yerləşdirilmişdir. Bazar günü günorta Kraliça şəxsi avtomobildə xəstəxanaya aparılmışdır.
“Buckingham Palace” açıqlamasında 86 yaşlı monarxın vəziyyətinin yaxşı olduğunu bildirmişdir. Açıqlamada qeyd edilir ki, qarşıdakı həftə ərzində, kraliçanın Roma ziyarəti də daxil olmaqla, bütün rəsmi tədbirlər təxirə salınmışdır.
Bundan başqa Britaniya kraliçasının Windsorda istirahət etdiyi müddətdə medal təqdimatı keçirdiyi bildirilmişdir.

AzərTAc